Qiymətlər
Mesaj həcminizə uyğun paket seçin. Desk hər planda daxildir; səsli zənglər dəqiqə ilə ayrıca hesablanır.
Starter
Solo sahibkarlar və kiçik bizneslər üçün.
- 1 kanal
- 500 AI cavab / ay
- FAQ və əsas suallar
- E-poçt dəstəyi
Growth
Aktiv mesaj trafiki olan brendlər üçün.
- 3 kanal
- 3 000 AI cavab / ay
- Rezerv və sifariş
- Brendə uyğun ton
- Prioritet dəstək
Çağrı mərkəzi
Banklar, sığorta, telekom, klinika şəbəkələri üçün.
- Səsli AI agent, şöbələr, növbə
- Operatora ötürmə və analitika
- SLA və xüsusi inteqrasiyalar
- Ayrılmış hesab meneceri
Səsli zənglər paketin üstünə dəqiqə ilə hesablanır. Telefoniya bizimdir, həcm artdıqca dəqiqə qiyməti aşağı düşür.
Adi suallara kiçik model, mürəkkəb dialoqa güclü model işləyir. ₼59-u mümkün edən budur.
Tez-tez verilən suallar
Qurulum nə qədər çəkir?
Chat üçün adətən bir gün: kanalları qoşuruq, kataloqu və sənədləri yükləyirik, birlikdə test edirik. Voice üçün nömrənin bağlanması bir neçə gün əlavə çəkir.
AI yanlış cavab versə nə olur?
AI yalnız sizin verdiyiniz məlumatdan cavab verir və əmin olmayanda operatora ötürür. Hər söhbət paneldə görünür: cavabı düzəltmək, biliyi yeniləmək və nəticəni yenidən ölçmək olar.
Məlumatlarımız harada saxlanır?
Hər biznes ayrı izolyasiya olunmuş sahədədir. Şəxsi məlumat transkriptlərdə maskalanır, saxlama müddətini siz təyin edirsiniz, ixrac və silmə sorğuları paneldən icra olunur.
Nömrəmizi saxlaya bilərikmi?
Bəli. Mövcud nömrənizi bizim telefoniya qatına yönləndiririk; müştəri üçün heç nə dəyişmir və istədiyiniz vaxt geri qaytara bilərsiniz.
Operator AI-ni dayandıra bilərmi?
İstənilən an. Operator söhbəti üzərinə götürəndə AI susur; zəngdə isə müştəri 0-ı basaraq birbaşa insana çıxır.
Öz sistemlərimizlə inteqrasiya olurmu?
Bəli. API açarları ilə kataloq, sifariş və müştəri məlumatını öz sistemlərinizlə sinxronlaşdırmaq olar; çağrı mərkəzi paketində xüsusi inteqrasiyalar da daxildir.
Öz kataloqunuzla canlı demo görün
Biznesinizi yazın, bir iş günü ərzində cavab verək.