MateHub Voice
Gələn zəngləri zəng edənin dilində cavablayan AI çağrı mərkəzi
MateHub Voice telefona cavab verir, müştəriyə sözünü kəsməyə imkan verir, şöbəyə və iş saatına görə yönləndirir, növbəni saxlayır və lazım olanda zəngi xülasə ilə operatora ötürür.
Təbii danışıq
Müştəri sözünü kəsə bilər, AI dayanıb dinləyir. Robot IVR menyusu yoxdur.
Şöbəyə yönləndirmə
Satış, dəstək, şikayət — şöbə niyyətə görə seçilir; iş saatından kənar zənglər ayrıca qarşılanır.
Növbə və paylanma
Zənglər növbədə gözləyir, boş operatora paylanır; gözləmə və xidmət səviyyəsi ölçülür.
Brauzerdə softphone
Operator masaüstü telefon olmadan, birbaşa brauzerdən cavab verir.
0-ı basın, insana çıxın
Müştəri istənilən an düyməni basıb operator istəyə bilər; AI dərhal dayanır.
Xülasə ilə ötürmə
Operator zəngi alanda transkript və AI xülasəsi qarşısındadır; müştəri təkrar danışmır.
Canlı ötürmə
Zəng danışıq zamanı operatora ötürülür, müştəri yenidən zəng etmir.
Zəng yazıları və transkriptlər
Hər zəngin səs yazısı, transkripti, müddəti, şöbəsi və nəticəsi saxlanır; transkript zəng hələ gedərkən canlı görünür. Şəxsi məlumat hər ikisində maskalanır.
Keyfiyyət idarəetməsi
Yoxlama növbəsi ən çox dinlənməli zəngləri birinci qoyur: əsəbi müştəri, eskalasiya, uzun zənglər. Supervayzer bal verir, orta balı və trafikin nə qədərinin yoxlanıldığını görür; zəngdən sonra müştərinin öz qiyməti də gəlir.
Öz telefoniyamız, öz model seçimimiz
Zənglər bizim Asterisk qatından keçir; dəqiqə qiyməti bizim nəzarətimizdədir. Nitq tanıma və sintez bir adapter arxasındadır: bu gün Azure, lazım olanda Azərbaycan dili üçün öz zəng məlumatlarımızla sazlanmış Whisper kimi açıq modellər, sizin serverlərinizdə də.
Chat və Desk ilə birlikdə
Zəng eyni inbox-a düşür, eyni müştəri kartına yazılır. Çağrı mərkəzi analitikası şöbə, gün və operator üzrə Desk-dədir.
Telegram, WhatsApp, Instagram, Messenger, TikTok və veb çatda AI köməkçi. Kataloqunuzu öyrənir, müştərinin dilində cavab verir, rezerv və sifariş götürür.
Ətraflı MateHub DeskHər planda daxil olan operator iş yeri. Bütün kanallar və zənglər bir inbox-da, daxili kiçik CRM, canlı çağrı mərkəzi görünüşü və analitika.
ƏtraflıÖz kataloqunuzla canlı demo görün
Biznesinizi yazın, bir iş günü ərzində cavab verək.